Sosial şəbəkədə biz:
DÇ-2026: Niderland- Yaponiya 2:2
Xəbər Şəkli

DÇ-2026: Niderland- Yaponiya 2:2

15 June 2026, 09:41
İdman

DÇ-2026-da F qrupunun ilk tur oyunlarına start verilib.

 

Qrupun ilk matçında Niderland və Yaponiya yığmaları üz-üzə gəliblər.

 

Oyunun ilk hissəsində qapılara qol vurulmayıb.

 

Niderland millisi ikinci hissəyə qolla başlayıb. Qravenberxin ötürməsindən sonra kapitan Van Dayk başla dəqiq oynayıb: 1:0.

 

Yaponlar çox keçmədən bərabərlik qolunu vurmağı bacarıb. Buraxılan qoldan cəmi 6 dəqiqə sonra Nakamura hesabı bərabərləşdirib: 1:1.

 

Buna baxmayaraq Niderland yenidən önə keçib. Sammervil 64-cü dəqiqədə hesabı hollandların xeyrinə dəyişib: 2:1.

 

Təslim olmayan Yaponiya 89-cu dəqiqədə ikinci dəfə tarazlığı bərpa edib. Oqava topu başla qapıdan keçirib: 2:2.

 

Görüş bu hesabla başa çatıb.

 

DÇ-2026

F qrupu

14 iyun

00:00. Niderland - Yaponiya 2:2

 

Qol: V. Van Dayk, 51, Nakamura, 57, Sammervil, 64, Oqava, 89

 

Niderland:

Verbrüggen, Dumfris, van Hekke, van Deyk, van de Ven, Qravenberx, de Yonq, Reynders, Sammervil, Malen, Qakpo.

 

Yaponiya:

Suzuki, İto, Taniquçi, Vatanabe, Nakamura, Sano, Kamada, Doan, Maeda, Kubo, Ueda.