Sosial şəbəkədə biz:
DÇ-2026: Lionel Messi Argentinaya qələbə qazandırıb
Xəbər Şəkli

DÇ-2026: Lionel Messi Argentinaya qələbə qazandırıb

17 June 2026, 08:58
İdman

Futbol üzrə dünya çempionatında Argentina Əlcəzairə qalib gəlib.

"Report"un məlumatına görə, Kanzas stadionunda keçirilən J qrupunun matçında Argentina 3:0 hesabı ilə qələbə qazanıb.

Hər üçün qol komandanın lideri və kapitanı Lionel Messinin aktivinə yazılıb. O, 17, 60 və 76-cı dəqiqələrdə diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, bu qrupun digər oyununda saat 08:00-da Avstriya İordaniya ilə üz-üzə gələcək.