DÇ-2026: Braziliya Şotlandiyanı 3 cavabsız qolla məğlub etdi
Futbol üzrə dünya çempionatının C qrupunun III turunda Şotlandiya və Braziliya yığmaları üz-üzə gəlib.
Qarşılaşma Braziliya millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Braziliya hesabı erkən açıb. Vinisius Junior 7-ci dəqiqədə fərqlənərək komandasını önə keçirib. İlk hissənin sonlarına yaxın Rodriqo hesab arasındakı fərqi artırıb.
İkinci hissədə isə Mateus Kunya 60-cı dəqiqədə rəqib qapısına yol taparaq yekun hesabı müəyyənləşdirib - 3:0.
Qeyd edək ki, uzunmüddətli zədədən sonra sağalan Neymar da bu oyunda meydana qayıdıb. Braziliyalı ulduz 75-ci dəqiqədə əvəzetmədən oyuna daxil olub.