DÇ-2026: Almaniya Fil Dişi Sahilini çətinliklə məğlub etdi
Futbol üzrə dünya çempionatında Almaniya Fildişi Sahili millisi üzərində qələbə qazanıb.
Toronto stadionunda keçirilən E qrupunun II turunun matçında avropalılar 2:1 hesabı ilə qalib gəliblər.
Hesabı afrikalılardan Frans Kessi (30) açıb. Bundestimin heyətində isə Deniz Undav (68, 90+4) dubl müəllifi olub.
Qeyd edək ki, bu qrupun digər oyununda, saat 04:00-da Ekvador Kurasao ilə qarşılaşacaq.