Arda Gülər ayın oyunçusu seçildi
“Real Madrid” aprel ayının ən yaxşı oyunçusunu seçib.
Yeniavaz.com “Madrid Zone”a istinadla xəbər verir ki, mükafat yarımmüdafiəçi Arda Gülərə verilib.
Türkiyəli futbolçu aprel ayında keçirilən 5 oyunda 2 qol vurub və bir məhsuldar ötürmə edib.
O, qolların hər ikisini Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya Münhen”ə qarşı səfər oyununda vurub.
Bu, Arda Gülərin bu mövsüm qazandığı ikinci belə mükafatdır. 21 yaşlı futbolçu bundan əvvəlki mükafatı oktyabr ayında qazanıb. Bu mövsüm digər qaliblər arasında Kilian Mbappé (dörd dəfə), Tibo Kurtua, Federiko Valverde və Vinisius Junior da var.
Arda Güler bu mövsüm "Real Madrid"in heyətində 50 oyuna çıxıb. O, bu oyunlarda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.