Sosial şəbəkədə biz:

Biləsuvarda məktəb direktorunun otağı yandı

14 September 2015, 10:25
Gündəm
FHN məlumat yaydı. Biləsuvar rayonunun Təzəkənd kəndində ümumi sahəsi 1561 kv.m olan birmərtəbəli, 18 sinifdən ibarət olan orta məktəbin sahəsi 15 kv.m olan direktor otağının yanar konstruksiyaları yanıb. Oxu.Az-ın FHN-in saytına istinadın verdiyi məlumata görə, məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.