Sosial şəbəkədə biz:

Nizami Süleymanov vəfat edib

02 December 2016, 11:18
Gündəm
Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü Nizami Süleymanov vəfat edib. Yas mərasimi bu gün saat 14.00-da Bakıdakı Heydər məscidində olacaq. Qeyd edək ki, N.Süleymanov 25 oktyabr 1945-ci ildə anadan olub. O, 202 elmi əsərin müəllifidir. N.Süleymanov iki dəfə prezidentliyə namizəd (1992 və 1998-ci illərdə) olub.