Sosial şəbəkədə biz:

İrəvanda 100-dən çox etirazçı həbs olunub

30 July 2016, 09:26
Gündəm
İrəvanda iyulun 30-a keçən gecə baş vermiş iğtişaşlar zamanı 100-dən çox etirazçı həbs olunub. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan bildirib. Bununla belə A.Aqaronyan bildirib ki, polis məntəqələrinə aparılanların dəqiq sayı barədə məlumat verməkdə çətinlik çəkir.