Məişət zorakılığının qarşısının alınması ilə bağlı yeni dövlət konsepsiyası hazırlanır.
Bunu Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova Gənc Ailə Forumunda deyib. Onun sözlərinə görə, hazırda 30-dan çox qanunvericilik aktı icradadır.
Komitə sədri əlavə edib ki, indiyə qədər mövcud qanunlara bir çox dəyişikliklər edilib, yeni qanunlar qəbul olunub.