Gürcüstanın paytaxtı Tbilisi şəhərində "xarici agentlər haqqında" qanuna etiraz bildirən nümayişçilər parlament binası yaxınlığında Rusiya bayrağını, habelə hakim "Gürcü Arzusu" Partiyasının bayrağını yandırıblar.
Rustaveli prospektində baş tutan etiraz nümayişində 300-yə yaxın iştirakçı həmçinin nəqliyyatın hərəkətini bloklayıb.