“Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini müzakirə etmək üçün Bakıdadır”.
Bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardımına gəlincə, Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev hazırda Bakıdadır, o, azərbaycanlı tərəfdaşlarla, o cümlədən sülh müqaviləsi mövzusunda təmaslar planlaşdırıb”, - Zaxarova bildirib.
O, Xovayevin regiona səfərini davam etdirəcəyini və yaxın vaxtlarda İrəvana da səfər edəcəyini qeyd edib.