Sosial şəbəkədə biz:

İrəvanda 50-dən çox kriminal avtoritet saxlanıldı

20 April 2021, 08:48
Gündəm

Ermənistanın paytaxtı İrəvanda kriminal avtoritetlərə qarşı xüsusi əməliyyat keçirilib.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat zamanı 50-dən çox kriminal avtoritet saxlanılıb. Onlar polis idarəsinə aparılıblar.

Saxlanılan şəxslər arasında tanınmış kriminal avtoritetlər də var. Əməliyyatın təfərrüatları hələlik məlum deyil.