Sosial şəbəkədə biz:

Prezident Fəzail İbrahimliyə “Şöhrət” ordeni verdi

12 April 2021, 14:46
Gündəm

Azərbaycan Prezidenti İlham Əliyev Fəzail İbrahimlini təltif edib. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, Milli Məclisin sədr müavini olan F. İbrahimlinin bu gün 70 yaşı tamam olur.