Sosial şəbəkədə biz:

Tovuzda gimnaziyada müəllim və şagirdlər koronavirusa yoluxdu, tədris dayandırıldı

08 April 2021, 09:15
Gündəm

Tovuz rayonunun Qovlar şəhərində İnteqrasiya Təlimi İnternat Tipli Gimnaziyanın 5 sinfi koronavirus səbəbindən bağlanıb.

Gimnaziyanın beş müəllimi və üç şagirdi COVID-19-a yoluxub.
Bu səbəbdən tədris müəssəsinin iki 3-cü, iki 4-cü və bir 9-cu sinfi bağlanıb.
Bu siniflərin şagirdləri üçün tədris distant formada keçirilir.(report)