Sosial şəbəkədə biz:

Paytaxt küçələrində işıqforlar işləmir -VİDEO

24 March 2021, 12:04
Gündəm

Paytaxtın bəzi küçələrində işıqforlar işləmir. 

Oxu.az-ın məlumatına görə, söhbət nəqliyyat vasitələrinin intensiv hərəkətdə olduğu Babək prospektindən gedir. 

Belə ki, bir işıqforda eyni anda hər üç işığı yanır, digərində iki işıq yanır, daha birində isə heç biri yanmır, bu da nəqliyyatın hərəkətində çətinlik yaradır. 

https://www.youtube.com/embed/aolVNCt7OAk