Sosial şəbəkədə biz:

“AstraZeneca” vaksini hələ gətirilməyib - RƏSMİ

19 March 2021, 17:52
Gündəm

"AstraZeneca" vaksini hələ Azərbaycana gətirilməyib.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, vaksin gətirilsə belə Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq qurumların qərarına uyğun olaraq istifadə ediləcək.