Sosial şəbəkədə biz:

“Pandemiyada ər çörəyi yedim“ - Xuraman Şuşalı

11 March 2021, 16:39
Gündəm

"Pandemiyada ər çörəyi yedim. Nə yığmışdımsa, hamısını yedik, getdi".

Bu sözləri müğənni Xuraman Şuşalı "Hüseynova bacıları" verilişində deyib. Sənətçi ərinin maaşının azlığından gileylənib:

"Yoldaşımın maaşı çox azdır. Komunal xərclərimizi ödəyir, evə yemək alır. Ailə quranda bilirdim ki, necə qazancı olan adamı seçmişəm. Ona görə də hər zaman haq-hesabımı bilmişəm".