Sosial şəbəkədə biz:

Arif Hacılı saxlanıldı

12 November 2019, 14:48
Gündəm

Müsavat Partiyasının başqanı Arif Hacılı polis tərəfindən saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər bildirib. O qeyd edib ki, A.Hacılı polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılıb.

İ.Qəmbər həmçinin qeyd edib ki, saxlanılarkən A.Hacılının telefonu da əlindən alınıb.