Sosial şəbəkədə biz:

Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda zəlzələ oldu

08 November 2019, 10:13
Gündəm

Yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib.  
Mia.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss olunub. 
Yeraltı təkanlar 6 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.