Sosial şəbəkədə biz:

Cüdoçumuz “Böyük dəbilqə”də ikinci oldu

26 October 2019, 20:45
Gündəm

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Zelim Kotsoyev gümüş medal qazanıb.

Turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Z.Kotsoyev bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb.

İdmançımız qızıl medal uğrunda görüşdə koreyalı Guham Çoya məğlub olaraq ikinci yerlə kifayətlənib.