Sosial şəbəkədə biz:

1342 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib

17 October 2019, 20:20
Gündəm

Cari ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 1342 nəfər qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, müvafiq dövr ərzində 1045 nəfər Azərbaycandan gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 297 nəfər təşkil edib.