Sosial şəbəkədə biz:

Bu taksilərdən ancaq xanımlar istifadə edə biləcək - Bakıda

12 January 2016, 10:24
Gündəm
Bakıda xanımlar üçün yeni və maraqlı taksi xidməti fəaliyyətə başlayıb. 
Axşam.az-ın məlumatına görə, yeni taksi xidmətinin sürücüləri də qadınlar olacaq. Onların idarə etdiyi avtomobillər isə cəhrayı rəngdədir.
Qeyd edək ki, sözügedən taksi xidmətindən yalnız xanımlar istifadə edə biləcəklər.