Sosial şəbəkədə biz:

Bakıda məktəbdə əsəbiləşən direktor öldü

01 October 2019, 21:59
Gündəm

Bakının Maştağa qəsəbəsində yerləşən 293 nömrəli məktəbin direktoru Vaqif Tarverdili vəfat edib.

Qafqazinfo xəbər verir ki, 60 yaşlı direktor məktəbdə əsəbləşdiyi üçün insult keçirərək komaya düşüb.

O, 3 saylı şəhər klinik xəstəxanaya çatdırılsa da, orada keçinib.

Qeyd edək ki, Vaqif Baba oğlu Tarverdili sözügedən məktəbə ötən il direktor təyin olunmuşdu.