Sosial şəbəkədə biz:

Bərdədə canavarlar kəndə hücum etdi

26 September 2019, 10:04
Gündəm

Bərdə rayonunun Məmmədli  kəndində qoyunlara canavarlar hücum edib.

“Qafqazinfo” xəbər verir ki, gecə saatlarında qoyunların olduğu qapalı əraziyə soxulan vəhşi heyvanlar orda olan 16 qoyunu öldürüb, 28 qoyunu isə yaralayıb. Hadisə Ziyad Allahverdiyevin təsərrüfatında baş verib.

Baytar həkimlər tərəfindən basdırılıb və quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.