Sosial şəbəkədə biz:

Canni İnfantino yenidən FİFA-nın prezidenti seçilib

05 June 2019, 14:46
Gündəm

Parisdə keçirilən konqresdə FIFA-ya üzv olan 211 federasiyanın nümayəndələri Canni İnfantinonun namizədliyini dəstəkləyiblər və o, yenidən Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti seçilib.

Bununla da 49 yaşlı C.İnfantinonun səlahiyyət müddəti daha dörd il müddətinə uzadılıb. 

Qeyd edək ki, daha əvvəl bu vəzifəni Yozef Blatter tutub. Azvision.az