Sosial şəbəkədə biz:

Gürcüstanda 4 azərbaycanlı icra başçısı olmaq uğrunda mübarizə aparır

19 May 2019, 11:46
Gündəm

Bu gün Gürcüstan icra başçısı və bələdiyyə seçkiləri keçirilir.

Qaynarinfo xəbər verir ki, azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda ümumilikdə 15 namizəd mübarizə aparır. Namizədlərdən 4-ü Azərbaycan əsillidir. Həmin şəxslər Zaur Darğallı, Əli Bədirov, Aqil Mustafayev və Əhməd İmamquliyevdir.