Sosial şəbəkədə biz:

Həccə getmək istəyənlərin sayı 500-ü keçib

24 April 2019, 23:20
Gündəm

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 500-dən artıq insan müraciət edib. 

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.  Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: "Bu il Azərbaycan üçün Həcc ziyarətinə gedənlərin sayı ilə bağlı kvota qoyulmayıb. Belə ki, ziyarətə getmək istəyən hər kəs bu arzularını reallaşdıra biləcək".