Sosial şəbəkədə biz:

Qeyri-sabit hava şəraiti aprelin 24-dək davam edəcək - PROQNOZ

20 April 2019, 15:28
Gündəm

Qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyi ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraitinin aprelin 24-dək davam edəcəyi, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.