Sosial şəbəkədə biz:

Quba-Xınalıq yolunda avtomobil dərəyə aşdı - VİDEO

13 April 2019, 16:09
Gündəm

Quba-Xınalıq yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun 29-cu kilometrliyində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə Bakı şəhər sakini, 24 yaşlı Babayev İbrahim xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.