Sosial şəbəkədə biz:

Bakıda otel rəhbəri olan türkiyəli iş adamı öldü

05 April 2019, 10:19
Gündəm

Bakıda otel rəhbəri müəmmalı şəkildə ölüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Nərimanov rayonunda yerləşən “Golden Shayn” otelinin rəhbəri, Türkiyə vətəndaşı Mehmet Ali Altınterim aprelin 4-də gecə saat 03 radələrində evində vəfat edib.

60 yaşlı M.A.Altınterimin ölüm səbəbinin müəyyən olunması üçün məhkəmə tibbi ekspertizası təyin edilib.