Sosial şəbəkədə biz:

Şahmat üzrə dünya çempionatı: Azərbaycan ABŞ yığmasına qalib gəldi

09 March 2019, 19:03
Gündəm

Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatında Azərbaycan yığması ilk qələbəsini qazanıb.

Beşinci turda Azərbaycan komandası ABŞ yığmasını 3:1 hesabı ilə məğlub edib. Qələbə xallarını yığmamızın aktivinə Arkadi Naydiç və Nicat Abbasov yazdırıblar.

Rauf Məmmədov və Qədir Hüseynov isə heç-heçə ilə kifayətləniblər.