Sosial şəbəkədə biz:

Teleaparıcı Elçin Əlibəyli jurnalistikadan getdi

09 March 2019, 10:28
Gündəm

Teleaparıcı Elçin Əlibəyli jurnalistikadan getdiyini açıqlayıb. Bu barədə o, özü sosial mediada məlumat yayıb.

Aparıcı bildirib ki, səhhətində yaranmış problemlə əlaqədar media sahəsindən uzaqlaşmaq qərarı verib: "Səhhətimlə əlaqədar olaraq KİV-dən uzaqlaşmaq qərarına gəldim. Zaman möhlət versə, bundan sonra fəaliyyətimi tamam başqa istiqamətdə davam etdirəcəyəm".
Qeyd edək ki, E.Əlibəyli "Space" telekanalında yayımlanan "El bizim, sirr bizim" verilişinin aparıcısı idi. (modern.az)