Sosial şəbəkədə biz:

Sumqayıtda polis rəisi işdən çıxarılıb

08 March 2019, 21:25
Gündəm

Sumqayıt şəhər Polis İdarəsində kadr islahatları aparılıb.

ONA-nın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Ruslan Hüseynov, Sumqayıt Dövlət Yol Polisinin əməkdaşları, kapitanlar Loğman İsmayılov və Rəşid Məcidov işdən azad edilərək sərəncama götürülüblər.

Qeyd edək ki, R. Hüseynov Sumqayıt Məhkəməsinin sədri Zeyqəm Hüseynovun oğludur.