Sosial şəbəkədə biz:

Türkiyə klubunun baş məşqçisi qovuldu

24 February 2019, 15:33
Gündəm

Türkiyənin “Göztəpə” futbol klubunun baş məşqçisi Kemal Özdeş istefaya göndərilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Çempionatın 23-cü turunda öz meydanında “Trabzonspor”a 1:3 hesablı məğlubiyyətdən sonra Özdeşlə yolların ayrılmasına qərar verilib.

Qeyd edək ki, İzmir təmsilçisi hazırda 25 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. (Teleqraf.com)