Sosial şəbəkədə biz:

Nardarana ictimai nəqliyyat bərpa olunub

05 December 2015, 13:03
Gündəm
Nardaran qəsəbəsinə ictimai nəqliyyat bərpa olunub. Trend-in məlumatına görə, bundan öncə avtobuslar qəsəbənin girəcəyində qurulmuş postlarda sərnişinləri düşürdüb geri qayıdırdısa, artıq bu gün avtobusların qəsəbənin içərisinə hərəkətinə icazə verilir. Hazırda 189 saylı avtobus bu istiqamətdə fəaliyyət göstərir.