Sosial şəbəkədə biz:

Bakıda elektrik avadanlıqları istehsalı artıb

29 December 2018, 10:24
Gündəm
Cari ilin yanvar-noyabr aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 159,8 milyon manatlıq məhsul istehsal olunub. Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabatda qeyd edilir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 31,1 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı isə 70,8 faiz artıb.