Sosial şəbəkədə biz:

Spiker yenə deputatlara əsəbiləşdi - “Səs salmayın...”

28 December 2018, 12:38
Gündəm
Spiker Oqtay Əsədov deputatlara növbəti dəfə irad tutub. “Qafqazinfo” xəbər verir ki, irada səbəb parlamentin payız sessiyasının sonuncu plenar iclasında qanun layihələrinin səsverməsi zamanı bəzi millət vəkillərinin yerdən danışması, səs-küy yaratması olub. Bunu görən spiker isə belə deyib:
“Deyəsən, iclas başlamamış yorulmuşuq. Xahiş edirəm, səs salmayın, səsvermə gedir”.