Sosial şəbəkədə biz:

Bakıda böyük bir ərazini qazsız qoydular

07 December 2018, 22:00
Gündəm
İki həftədir ki, Bakının Yasamal rayonunda, Dadaş Bünyadzadə küçəsində qaz kəsilib. Sakinlər virtualaz.org-a bildiriblər ki, göstərilən ərazidə qaz gündə cəmi bir neçə saat verilirdi, o da gecə saatlarında. Ancaq son günlərdə bu əraziyə qaz verilməsi tamamilə dayandırılıb. "Azəriqaz"ın əməkdaşları bunu yeni boruların çəkilməsi ilə izah edirlər. Ancaq bu işlər nə vaxt qurtaracaq, demirlər.