Sosial şəbəkədə biz:

Azərbaycan ali təhsilində yeni ixtisas yaradıldı

27 November 2018, 09:37
Gündəm
Ali təhsilin bakalavriat səviyyəsində yeni ixtisas yaradılıb.  “Qafqazinfo”nun məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib. Ali təhsilin bakalavriat səviyyəsində ixtisasların siyahısına “İctimai təhlükəsizlik və idarəetmə” ixtısası əlavə edilib.