Sosial şəbəkədə biz:

Hüquq müdafiəçisi Elçin Behbudov vəfat edib

14 November 2015, 10:46
Gündəm
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov vəfat edib. Bu barədə APA-ya komitədən bildirilib. Məlumata görə, tanınmış hüquq-müdafiəçisi iki gün əvvəl səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən E. Behbudov gecə saat 01.00 radələrində dünyasını dəyişib.