Sosial şəbəkədə biz:

Azərbaycan Qazaxıstandan buğda idxalını kəskin azaldıb

31 October 2015, 12:49
Gündəm
Azərbaycan cari ilin yanvar-sentyabr aylarında Qazaxıstandan 38,7 min ton buğda idxal edib. "APA-Economics" Qazaxıstanın Maliyyə Nazirliyinin açıqladığı statistikaya istinadən məlumat verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 88,2% azalıb. Qazaxıstan Azərbaycana ixrac etdiyi 38,7 min tonluq buğdaya görə büdcəsini 8,7 mln. dollarla zənginləşdirib.