Sosial şəbəkədə biz:

Azərbaycanda 15 yaşayış məntəqəsinin adı dəyişdirilir - SİYAHI

04 June 2018, 14:23
Gündəm
Azərbaycanın 15 rayonunda kənd və qəsəbə adları dəyişdirlir. Moderator.az-ın əldə etdiyi məlumata görə, Göyçay, Goranboy, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Oğuz, Saatlı, Samux, Şəmkir, Yevlax, Masallı, Ağsu  və Astara rayonlarının bəzi kəndlərinin və qəsəbələrinin adları dəyişdirilir. Bunlar aşağıdakılardır: Ağsu rayonu üzrə: Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi – Xanbulaq kəndi adlandırılacaq; Astara rayonu üzrə: Kakalos kəndi-   Qamışovka kəndi adlandırılacaq; Göygöl rayonu üzrə: Xanlar qəsəbəsi – Ağdam qəsəbəsi adlandırılacaq; Mixayılokva kəndki – Bənövşəli kəndi adlandırılacaq; Xızı  rayonu üzrə: Altıağac kənd inzibati ərazi dairəsi tərkibindəki Klyuç  kəndi – Safbulaq kəndi adlandırılacaq; Qazax  rayonu üzrə: Çaylı  kənd inzibati ərazi dairəsi tərkibindəki Komuna kəndi -  Balaçaylı kəndi adlandırılacaq; Qusar rayonu üzrə: Şirvanovka  kəndi -  Şirvanlı kəndi adlandırılacaq; Masallı rayonu üzrə: Kalinovka  kəndi -  Viləş kəndi adlandırılacaq; Oğuz rayonu üzrə: Astaraxanovka  kəndi – Çayqovuşağı kəndi adlandırılacaq; Saatlı rayonu üzrə: Qarayev  kəndi – Orta Muğan kəndi adlandırılacaq; Samux rayonu üzrə: Əlibayramlı kəndi  – Sarıqaya kəndi  adlandırılacaq.