Sosial şəbəkədə biz:
Venesuelada dağıdıcı zəlzələ baş verib
Xəbər Şəkli

Venesuelada dağıdıcı zəlzələ baş verib

25 June 2026, 09:11
Dünya

Venesuelada yerli vaxtla 24 iyun axşamı bir dəqiqə ərzində iki güclü zəlzələ baş verib.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların birincisi 7,2, ikincisi isə 7,5 bal gücündə olub.
Zəlzələnin episentri şimaldakı Yaracuy əyalətində olub.
Venesuela hakimiyyəti hələlik ölən və yaralananların sayını açıqlamasa da, yerli KİV xeyli sayda itki olduğunu bildirir.
Venesuelanın müxtəlif yerlərində, o cümlədən paytaxt Karakas və liman şəhəri La Quayrada evlər və digər binalar dağılıb. Elektrik xətləri və su təchizatı sistemləri zədələnib. Karakas hava limanı binasına ziyan dəydiyi üçün fəaliyyətini dayandırıb. Dəmir yolu nəqliyyatı müvəqqəti olaraq dayandırılıb.
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqez ölkədə fövqəladə vəziyyət elan edib.
Televiziyada yayımlanan xüsusi müraciətində Rodriqez axtarış-xilasetmə əməliyyatına və qurbanlara kömək prosesinə rəhbərlik etmək üçün yüksək səviyyəli işçi qrupunun yaradıldığını bildirib.