Tramp İranın cavabı barədə: "Qəbuledilməzdir!"
İranın ABŞ-ın münaqişənin nizamlanması ilə bağlı təklifinə verdiyi cavab tamamilə qəbuledilməzdir.
Bunu ABŞ prezidenti Donald Trump özünün Truth Social sosial şəbəkəsindəki səhifəsində bəyan edib.
“Mən indicə İranın guya “nümayəndələrinin” cavabını oxudum. Bu, mənim xoşuma gəlmir, tamamilə qəbuledilməzdir!” — deyə Tramp yazıb.
Bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mike Waltz bildirmişdi ki, Donald Tramp İranla hərbi münaqişəni diplomatik yolla başa çatdırmaq niyyətindədir, lakin cəhdlər nəticəsiz qalarsa, döyüş əməliyyatlarını bərpa etməyə hazırdır. Uoltsun sözlərinə görə, Amerika prezidenti “diplomatiyaya bütün mümkün şansları verir”.