Sosial şəbəkədə biz:

Tramp ermənipərəst konqresmenlə zarafatlaşdı, “yekəbaş” dedi

Tramp ermənipərəst konqresmenlə zarafatlaşdı, “yekəbaş” dedi
Xəbər Şəkli
25 July 2026, 10:07
Dünya

ABŞ Prezidenti Donald Tramp özünün prinsipial siyasi rəqibi, məşhur erməni lobbiçisi, demokrat-konqresmen Adam Şifflə zarafat edib.

O, bunu Ağ Evdə akkreditə olunmuş jurnalistlərlə şam yeməyindəki çıxışı zamanı edib.

Tramp ehtimal edib ki, Ağ Evin jurnalistlər assosiasiyası qala-şam yeməyinə kloun dəvət etməyi planlaşdırırdı, “lakin Adam Şiff həmin axşam boş deyildi”.

ABŞ Prezidenti əlavə edib ki, Şiffin “indiyədək görülən ən böyük baş ilə qələmə bənzər ən nazik boyunun birləşməsi” var. Report