Sosial şəbəkədə biz:
Rusiya müdafiə nazirinin keçmiş müavini 19 il həbs cəzası alıb, ordu generalı rütbəsindən məhrum olunub
Xəbər Şəkli

Rusiya müdafiə nazirinin keçmiş müavini 19 il həbs cəzası alıb, ordu generalı rütbəsindən məhrum olunub

11 April 2026, 10:02
Dünya

Rusiya müdafiə nazirinin keçmiş müavini Pavel Popov rüşvət və dələduzluq ittihamı ilə 19 il həbs cəzasına məhkum edilib.

Məhkəmə keçmiş nazir müavinini 85 milyon rubl cərimələyib.

O, həmçinin təqaüddə olan ordu generalı rütbəsindən də məhrum edilib.

Məhkəmədə Popovun Müdafiə Nazirliyinin və "Patriot" Parkı üçün ayrılan vəsaitlərdən qanunsuz olaraq varlandığı sübut olunub.