Sosial şəbəkədə biz:

Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı: "Biz razı olmasaq da..."

Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı: "Biz razı olmasaq da..."
Xəbər Şəkli
26 July 2026, 08:53
Dünya

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qazaxıstan lideri Kasım-Jomart Tokayevin Ukrayna məsələsi ilə bağlı mövqeyini dəyərləndirib.

Onun sözlərinə görə, Qazaxıstan Prezidenti bu məsələdə ardıcıl mövqe nümayiş etdirir. Lakin bu, Moskvanın həmin mövqe ilə hər zaman razı olması demək deyil.

Buna baxmayaraq, Kremlin nümayəndəsi Qazaxıstanın Rusiya üçün əsas strateji tərəfdaş və ən yaxın müttəfiq olaraq qaldığını vurğulayıb: "Onun ardıcıl mövqeyi var. Bu o demək deyil ki, biz razıyıq. Lakin Qazaxıstan bizim yaxın tərəfdaşımız, ən yaxın müttəfiqimizdir".

Musavat.com