Pentaqonun 12 generalı istefaya göndərildi
ABŞ müharibə naziri Pit Heqset 12 generalı vəzifəsindən azad edib.
The Washington Post xəbər verir ki, əvvəlcə Baş Qərargah rəisin Rendi Corc təqaüdə göndərilib.
Corc bu vəzifəni 2023-cü ildən tuturdu və 2027-ci ilə qədər bu vəzifədə qalacaqdı.
İşdən çıxarılanlar arasında ABŞ Ordusunun Transformasiya və Təlim Komandanlığının rəisi general Devid Hodn və Ordu Kapellan Korpusunun rəisi general-mayor Uilyam Qrin də var.