Sosial şəbəkədə biz:
Kiyevdə Rusiya ordusunun vurduğu binanın dağıntıları altından 24 nəfərin meyiti çıxarılıb
Xəbər Şəkli

Kiyevdə Rusiya ordusunun vurduğu binanın dağıntıları altından 24 nəfərin meyiti çıxarılıb

15 May 2026, 12:44
Dünya

Kiyevin Darnitski rayonunda Rusiya ordusunun zərbəsi nəticəsində vurulan yaşayış binasının dağıntıları altından 24 nəfərin meyiti çıxarılıb.

Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatı 28 saatdan çox davam edib.

“Hazırda 24 nəfərin öldüyü təsdiqlənib, onlardan 3-ü uşaqdır. Daha 48 nəfər yaralanıb”, — məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiya ordusu mayın 14-nə keçən gecə Ukrayna paytaxtına hücum edib. Hücumdan bir neçə saat sonra xilasedicilərin olduğu əraziyə ballistik silahlarla yenidən zərbə endirilib.

Rusiya ordusunun hücumuna görə Kiyevdə matəm elan olunub. Şəhərdə bayraqlar yarıyadək endirilib, əyləncəli tədbirlərin keçirilməsi qadağan olunub.