Sosial şəbəkədə biz:

İmamoğlu CHP-dən istefa verdi

İmamoğlu CHP-dən istefa verdi
Xəbər Şəkli
13 August 2026, 10:35
Dünya

İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlu 17 il üzv olduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, İmamoğlu yeni bir yolla irəliləyəcək:
“17 illik Cümhuriyyət Xalq Partiyası üzvlüyümdən istefa verirəm. Bu qərar ölkəmizin gələcəyinə dair inandığım dəyərlərə və millətimizə qarşı daşıdığım məsuliyyətin bir nəticəsidir”.